"Qəbələ" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Sabah"a 0:7 hesabı ilə uduzub.
Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
- Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə ki, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bugünki oyuna hazır deyildi. İki çox sadə səhvdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə ki, analiz etməliyik. Danışacaq çox şey yoxdu. Bu məğlubiyyətin əsas və ən böyük səbəbi xarakter çatışmazlığı idi.

