“Şübhəm yoxdur ki, gələn mövsüm daha uğurlu olacaq”

10 Mart 18:20 İngiltərə 328
“Şübhəm yoxdur ki, gələn mövsüm daha uğurlu olacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının gələcək mövsümdə daha uğurlu çıxış edəcəyinə inandığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın hazırda dəyişiklik mərhələsindən keçdiyini və yeni prosesə uyğunlaşmağın vacib olduğunu vurğulayıb:

“Əminəm ki, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq. Buna tam əminəm.

Komanda dəyişiklik prosesindədir, mümkün qədər tez uyğunlaşmalı və öyrənməliyik. Amma şübhəm yoxdur ki, gələn mövsüm daha uğurlu olacaq”.

“Mançester Siti” hazırda Premyer Liqada 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şəhərlilər”dən bir oyun artıq keçirən lider “Arsenal”ın 67 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq