“Tottenhem” sabiq məşqiçisi Rayan Meysonu komandanın baş məşqçisi postuna gətirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
34 yaşlı mütəxəssis 2018–2025-ci illər ərzində “Tottenhem”də müxtəlif vəzifələrdə çalışıb və indi klub rəhbərliyi onu əsas komandanın “sükanı arxasında” görmək istəyir.
Meyson hazırkı baş məşqçi İqor Tudoru əvəzləmək üçün əsas namizəddir. Komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi altında paytaxt derbilərinin hər üçündə məğlub olub.
Meyson baş məşqçi kimi indiyədək yalnız “Vest Bromviç”də çalışıb. O, bu komandaya 2025-ci ilin iyulundan 2026-cı ilin yanvarınadək rəhbərlik edib.
“Tottenhem” hazırda Premyer Liqada 29 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

