"Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq

04:20 Basketbol 71
"Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq

Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turun qarşılaşmaları martın 12–15-i aralığında keçiriləcək.

Martın 12-də, saat 19:00-da "Sumqayıt" komandası "Ordu"nu qəbul edəcək. Eyni saatda "Naxçıvan" komandası "Sərhədçi" ilə üz-üzə gələcək.

Martın 13-də, saat 15:00-da "Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq.

Martın 14-də, saat 14:00-da "Gəncə" – "Sabah", 17:00-da "Abşeron" – "Neftçi" görüşləri baş tutacaq.

Turun son matçı martın 15-də, saat 17:00-da "NTD" ilə "Şəki" komandaları arasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti