"Heç vaxt şayiələrə görə diqqətimi yayındırmamışam"

01:40 İngiltərə 55
"Heç vaxt şayiələrə görə diqqətimi yayındırmamışam"

“Liverpul”un müdafiəçisi Endryu Robertsonun yanvar ayında “Tottenhem”ə keçə biləcəyiylə bağlı şayiələr yayılsa da, o, klubdan ayrılmaq istəmədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu bunu söyləyib:

“Son doqquz ildir ki, “Liverpul”a sadiqəm və burada olduğum müddətdə bu kluba sadiq qalacam. Həmişə belə düşünmüşəm.

Klubla fantastik münasibətlərim var və ümid edirəm ki, bu, davam edəcək. Yanvar ayı geridə qaldı və indi irəliləyirik.

Heç vaxt şayiələrə görə diqqətimi yayındırmamışam, həmişə meydanda və məşqdə uşaqlara kömək etməyə çalışmışam.

Həmişə demişəm ki, klubla aramızdakı danışıqlar barədə açıq danışmayacam. “Liverpul” rəhbərliyi ilə fantastik münasibətim var.

Hazırda “Liverpul”da kubok qazanmaq istəyirəm. Bu, həmişə mənim məqsədim olub. Hər mövsüm kubok qazanmaq istəyirəm”.

Robertsonun “qırmızılar”la hazırkı müqaviləsinin müddəti yaya qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti