Bu gün AFFA ŞOK QƏRARLAR verəcək, gözününz xəbərdə və onlarda olsun!

10:40 Qalmaqal 284
Bu gün AFFA ŞOK QƏRARLAR verəcək, gözününz xəbərdə və onlarda olsun!

Bu gün AFFA İntizam Komitəsinin (İK) üzvləri yenidən bir araya gələcək.

Növbəti iclas ənənəvi toplantılardan xeyli fərqlənəcək - burada yalnız 1 hadisəyə yendən hüquqi qiymət veriləcək.

Xatırlatmaqda yarar var: İK-nin Premyer Liqanın XXII turunda keçirilən "Qarabağ" - "Sabah" matçı (3:3) ilə əlaqəli əvvəlki mövqeyi birmənalı qarşılanmadı.

Komitənin oyunun sonlarında yaşanan gərginlikdə bağlı qərarın verilməməsi ciddi müzakirələrə səbəb oldu.

Belə ki, Ağdam təmsilçisi matçda üçüncü qolu vurduqdan sonra qonaqların köməkçi məşqçisi Valerio Zuddas rəqibin ehtiyat skamyasına doğru qeyri-etik hərəkət edib.

Mübahisə komandaların futbolçularının, məşqçi heyətinin iştirakına qədər böyüyüb. Nəticədə Ağdam klubunun məşqçiləri Zaur Tağızadə, Müşfiq Hüseynov və "Sabah"dan Valerio Zuddas qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsinin qərarı açıqlanandan sonra hadisənin görüntüləri yayılıb. Buradan aydın olur ki, italiyalı yardımçı həqiqətən qeyri-etik hərəkətə yol verib.

Bu kadrların üzə çıxması İntizam Komitəsini bir daha hərəkətə gətirib. İK növbəti dəfə açıqlama ilə çıxış edərək, matçda baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.

Hadisənin hərtərəfli araşdırılması Cahangir Fərəcullayevin təşəbbüsüdür. Məhz baş katibin qətiyyəti və birmənalı münasibəti gedişatı 180 dərəcə dəyişib.

O, məlum görüntüləri izlədikdən sonra təcili yığıncaq təşkil edib, olaya düzgün hüquqi qiymətin verilməsini tapşırıb.

Fərəcullayev bu kimi halların mentalitetimizə yaraşmadığını bildirib, obyektivliyin təsin olunmasını istəyib.

İndi Zuddasın 5 oyunluq texniki zonadan kənarlaşdırılması, klubun isə 10 min manat məbləğində cərimələnməsi gündəmdədir. «Cəza yağışı» yalnız

«Sabah»ı tutmayacaq. Eyni zamanda, məşqçilər Zaur Tağızadə və Müşfiq Hüseynovla yanaşı, «Qarabağ»ın bəzi futbolçularının da diskvalifikasiya olunması gözlənilir.

AFFA hər iki klubdan oyuna aid video-çəkilişləri istəyib. Artıq həmin götüntülər incələnib. Məlum olub ki, mediada və sosial şəbəkələrdə yayılan kadrlar onlarda yoxdur.

Belə deyək, KİV-də və müxtəlif platformalarda sürətlə tirajlanan kadrlar üçüncü bir tərəfə məxsusdur.

Həmin üçüncü tərəf kimdir? AFFA indi bunu da araşdırır.

Çünki federasiyada əminlik var ki, yayılan video tam deyil, burada yalnız olayın kulminasiya hissəsi əks olunur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti