Çempionlar Kuboku: Azərbaycan millisinin heyəti və oyun cədvəli açıqlandı

03:30 Basketbol 54
Çempionlar Kuboku: Azərbaycan millisinin heyəti və oyun cədvəli açıqlandı

İlk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti və oyunlarının tarixi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ikinci dəfə təşkil olunacaq turnirdə yığma Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyətlə mübarizə aparacaq.

B qrupunda yer alan milli ilk olaraq martın 13 də Kanada və Taylandla qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq.

Martın 14-də isə növbəti rəqib İspaniya olacaq. Bu matç isə saat 12:30-da start götürəcək.

Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti