Klubun artan maliyyə məhdudiyyətlərindən çox narazıdır - Vəzifəsindən ayrıla bilər

15:40 İngiltərə 114
Klubun artan maliyyə məhdudiyyətlərindən çox narazıdır - Vəzifəsindən ayrıla bilər

Unay Emerinin “Aston Villa”nın baş məşqçisi vəzifəsindən ayrılma ehtimalı artır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis klubun artan maliyyə məhdudiyyətlərindən çox narazıdır.

Emeri 2022-ci ildən “Aston Villa”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda bir çox Avropa yarışlarında iştirak edib, lakin bu, klubun maliyyə vəziyyətinə təsir etməyib.

“Aston Villa” hazırda 29 oyundan sonra 51 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

Komanda martın 12-də, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Lill”ə qarşı oynayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti