
Xəbər verdiyimiz kimi, “Barselona” Çempionlar Liqasının yarımfinal matçında “İnter”ə məğlub olaraq (4:3) turnirlə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, görüşün final fitindən sonra Kataloniya təmsilçisinin oyunçuları göz yaşlarını saxlaya bilməyiblər.
10 ildir ÇL-də final görməyən komanda yenə həlledici görüşə çıxa bilməyib.
“Barselona” sonuncu dəfə 2014/2015 mövsümündə “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək kuboka yiyələnib.
Klub tarixində beş dəfə Çempionlar Liqasının qalibi olub.
Görüntüləri təqdim edirik: