“Barselona”nı finaldan saxlayan dəhşətli gecədən VİDEO

7 May 10:00 Çempionlar Liqası 1 117
“Barselona”nı finaldan saxlayan dəhşətli gecədən VİDEO

Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab matçında “İnter” doğma meydanda “Barselona”nı qəbul edib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə hissələr oynanılıb. Burada Kataloniya təmsilçisi hesabda önə keçsə də, italiyanlar geridönüş edərək finala adını yazdırıb - 4:3.

Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

"İnter” (İtaliya) - “Barselona” (İspaniya) 4:3

Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)

Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması bu gün Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti