“Barselona”nın yarımfinal oyunu təxirə salınacaq?

29 Aprel 10:20 Çempionlar Liqası 307
“Barselona”nın yarımfinal oyunu təxirə salınacaq?

Çərşənbə günü Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” və “İnter” arasında keçiriləcək ilk oyun İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbilə təxirə salına bilər.

Sportinfo.az xəbər verir ki, İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik problemi ilə bağlı İspaniyanın müxtəlif yerlərində hava limanlarında böyük gecikmələr və təxirəsalmalar olub.

İtaliya təmsilçisinin matça 24 saat qalmış Barselonaya getməyi planlaşdırdığı, lakin fasilələrə görə səfərin yarımçıq qala biləcəyi bildirilib.

İspaniya mətbuatının məlumatına görə, UEFA-ya “İnter”in bu gün Barselonaya çata bilməyəcəyi təqdirdə matçın təxirə salınması variantının nəzərdən keçirilməsi bildirilib.

Qarşılaşma aprelin 30-u saat 23:00-da start götürməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!