“Barselona” 3 qol vurdu, qazana bilmədi - VİDEO

“Barselona” 3 qol vurdu, qazana bilmədi - VİDEO

Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, “İnter” İspaniyada “Barselona”nın qonağı olub.

Matçda hesab artıq 30-cu saniyədə açılıb. Qonaq komandanın hücumçusu Markus Tyuram fərqlənib.

21-ci dəqiqədə Dumfris Françesko Acerbinin ötürməsi ilə komandasının hesabdakı fərqini ikiyə çatdırıb.

Üç dəqiqə sonra “Barselona”nın heyətində Lamin Yamal fərqlənib. 38-ci dəqiqədə Rafinyanın ötürməsindən Ferran Torres matçda hesabı bərabərləşdirib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Denzel Dumfrisin künc zərbəsindən sonra qonaqları hesabda önə keçirib. Ötürməni Hakan Çalxanoğlu edib.

Bir dəqiqə sonra, 65-ci dəqiqədə "Barselona"nın künc zərbəsindən sonra Rafinya topu cərimə meydançasının kənarından qapıya göndərib.

Beləliklə, görüşün yekun hesabı 3:3 olub.

Digər Xəbərlər
Xəbər Lenti