“Yalnız inanılmaz güclü komanda “Barselona”ya qarşı favorit ola bilər”

“Yalnız inanılmaz güclü komanda “Barselona”ya qarşı favorit ola bilər”

İtaliya millisinin və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon UEFA Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Barselona” – “İnter” görüşü haqda fikirlərini bölüşüb.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, “İnter”in rəqabət aparmağa qadir olduğunu bildirib:

“İnter” favoritdir? Yalnız inanılmaz güclü komanda “Barselona”ya qarşı favorit ola bilər.

Biz həqiqətən yaxşı çıxış etməliyik. “İnter” lazımi keyfiyyətlərə malikdir və rəqabət aparmağa qadirdir”.

“Barselona” sabah evdə “İnter”i qəbul edəcək, mayın 6-da isə cavab oyunu Milanda keçiriləcək. Hər iki qarşılaşmanın başlama saatı eynidir – 23:00.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!