
Çempionlar Liqasının 2025-26 mövsümündə I təsnifat mərhələsindən mübarizəyə başlayacaq komanda sayı 18-ə çatıb.
Sportinfo.az xəbər verir ki, daha bir neçə klub ölkə çempionu olmaqla bu turnirə vəsiqə qazanıb.
Yarışa I təsnifat mərhələsindən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərinin də sayı artıb.
Püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq Ağdam təmsilçisinə “Differdanj”, “İberiya”, “Vikinqur”, “Şelburn” və ya “Virtus” düşə bilər. Çünki adları sadalanan komandalar zəiflərin səbətində olacaq.
Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Jalgiris” (Litva)
RFS (Latviya)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
Səpələnməmişlər:
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Virtus” (San Marino)
Qeyri-müəyyənlər:
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Kayrat” (Qazaxıstan)