“Olimpiakos”un baş məşqçisi Bakıda danışmayacaq

26 İyul 2021 00:42 Çempionlar Liqası 1 465
“Olimpiakos”un baş məşqçisi Bakıda danışmayacaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 28-də saat 21:00-da Bakıda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi Azərbaycan komandasının baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, tədbir iyulun 27-də saat 20:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək.

Konfransdan sonra, saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Hər iki tədbir “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

“Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək.

Bakı vaxtı ilə saat 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə “Georgios Karaiskakis” stadionunda “Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq.

Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün “Zoom” proqramının linki paylaşılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2