Mahirə ehtiyac duymadılar

19 Oktyabr 18:10 Bizimkilər 596
Mahirə ehtiyac duymadılar

Almaniya II Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Karlsrue" ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Mahir bu matçda iştirak etməyib. 28 yaşlı hücumçunun adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

O, baş məşqçi Torsten Liberknextin “qara siyahı”sına düşüb. Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu