Mahir “Hannover”lə müqavilə imzalamaq istədi və… Bu keçid üçün evinə hədiyyə göndərdilər

18 Oktyabr 22:40 Bizimkilər 467
Mahir “Hannover”lə müqavilə imzalamaq istədi və… Bu keçid üçün evinə hədiyyə göndərdilər

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə problemlər yaşamaqda davam edir.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Torsten Liberknextin “qara siyahı”sına düşüb.

Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.

Yerli mətbuat forvardı nə qədər tənqid etsə də, futbolçu bu məsələdə günahsızdır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, T.Liberknext Azərbaycan yığmasının ötən ay İslandiyaya qarşı keçirdiyi oyunda Mahirin meydana çıxmasına görə ondan narazı qalıb.

Belə ki, “Kazyerslautern” düşərgəsində olarkən zədələnən futbolçu yığma komandaya qoşulduqdan sonra zədəsinin yeni sağalmasına baxmayaraq meydana çıxmışdı. İkinci Bundesliqa təmsilçisinin çalışdırıcı isə bunu etdiyinə görə hücumçunu çempionat matçlarında meydana buraxmır.

Maraqlıdır ki, “Kayzerslautern” yay “transfer pəncərəsi” zamanı Mahirin transferində ən çox israr edən klublardan idi. Futbolçunun “Hannover”, “Sankt-Pauli” kimi variantları olsa da, o, kayzerslauternliləri seçdi.

Hətta M.Emreli “Hannover”lə müqavilə imzalamaq üçün masaya da oturub, lakin “Kayzerslautern”in idman direktoru Marsel Klos ona və menecerinə zəng edərək öz klubuna keçməli olduğuna inandırıb.

Klos futbolçunun evinə hədiyyə də göndərib. Ona komandanın əsas forvardı olacağına dair söz də veriblər.

Lakin indiki vəziyyətdə Mahirin transferində israr edən Marsel Klos onun meydana çıxmaq problemini həll edə bilmir.

Emreli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna 1:2 uduzduğumuz oyundan sonra Almaniyaya qayıtdıqda baş məşqçi və idman direktoru ilə bu mövzuda görüşəcəyini bildirsə də, hələ də səs-səmir yoxdur.

Almanlar isə bu gün futbolçunu tənqid ediblər. Sport1.de saytı Mahirin daha çox sosial şəbəkələrə meyilli olduğunu, futboldan daha çox məşhurluğu düşündüyünü yazıb.

Hətta, onlar “Kayzerslautern”in idman direktoru Fritz Fuchsdan bu mövzuda açıqlama alıblar. O isə bunları deyib: “Biz Mahiri idarə etməyin asan olmadığını bilirik”.

Görünən odur ki, “Kayzserslautern” rəhbərliyi də artıq Emrelini komandadan göndərmək niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!