Türkiyənin hansı klubu millimizin müdafiəçisi ilə maraqlanır?

02:50 Bizimkilər 146
Türkiyənin hansı klubu millimizin müdafiəçisi ilə maraqlanır?

“Eqnatiya”da çıxış edən Zamiq Əliyev karyerasını Albaniyadan başqa ölkədə davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Əliyev milli komandaya da dəvət edilmədiyi üçün daha iddialı liqalarda çıxış etmək istəyir.

Əliyev Belçika, Ukrayna və Türkiyə klublarından gələn təklifləri dəyərləndirməyi düşünür.

"Erzurum" millimizin üzvü ilə yaxından maraqlanır.

Zamiqin yayda "Veres"ə keçidi gündəmdə olsa da, sonda maliyyə məsələsinə görə keçid baş tutmamışdı.

2024-cü il iyulun 7-də “Eqnatiya”ya keçmiş 24 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik