
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”də əsas heyətə düşə bilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, o, Almaniya təmsilçisinin prezidenti və idman direktoru ilə görüşəcəyini bildirib:
“Mən də bu sualın cavabını axtarıram ki, oynamamağımın səbəbi nədir? Klub prezidenti və idman direktoru iclas söz veriblər.
Klub daxilində, xüsusilə də məşqçilərdə bəzi hərəkətlər oldu ki, xoşuma gəlmədi. Xəbər yayılır ki, guya kiminləsə aram pisdir.
Hətta sizə deyim ki, həyatımda ilk dəfədir nəsə etmirəm. Buna əmin ola bilərsiniz.
Etdikləri bəzi hərəkətlər onların ölkəsinə, futbol mentalitetinə yaraşmır”.
M.Emreli “Kayzerslautern”nə bu ilin iyununda transfer olunub. Yığmamzın forvardı II Bundesliqanın iştirakçısı ilə 3 illik müqavilə imzalayıb.