AFFA: “Bu barədə Parisə çatandan sonra məlumat əldə edə biləcəyik”

08:30 Bizimkilər 200
AFFA: “Bu barədə Parisə çatandan sonra məlumat əldə edə biləcəyik”

DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə üz-üzə gələcək Azərbaycan millisi səfər matçında dəstəksiz qalmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, komanda oktyabrın 8-də günorta saatlarında Parisə yollanacaq:

"Yığma qarşılaşmanın ardından Ukrayna ilə matç üçün Krakova yola düşəcək. Həmin görüşdən sonra isə oyunçular Vətənə qayıdacaqlar.

Fransadakı matçda bizi neçə azarkeşin dəstəkləyəcəyini hələ bilmirik. Bu barədə Parisə çatandan sonra məlumat əldə edə biləcəyik.

Fransada və Avropanın digər ölkələrində yaşayan azərbaycanlılar millimizi dəstəkləməyə gələcəklər" (report).

Azərbaycan millisi oktyabrın 10-da "Park de Prens"də Fransa, üç gün sonra Krakov şəhərindəki "Krakoviya" stadionunda Ukrayna ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti