Azərbaycanlı futbolçu CAR-da 45 min azarkeşin önündə qələbəyə sevindi

21:20 Bizimkilər 290
Azərbaycanlı futbolçu CAR-da 45 min azarkeşin önündə qələbəyə sevindi

Azərbaycanlı futbolçu Turan Manafovun “qara qitə”də üzü gülüb.

27 yaşlı müdafiəçinin şərəfini qoruduğu “Stellenboş” Cənubi Afrika Respublikasının kubokunda 1/4` finala yüksəlib.

Oktyabrın 5-də ölkənin tanınmış klublarından olan “Kayzer Çifs”lə qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz başa çatıb.

Penalti zərbələrində daha dəqiq oynayan (5:4) Turanın komandası 45 min azarkeşin izlədiyi matçdan qalib ayrılıb.

Manafov vacib görüşdə start heyətində yer alaraq 90 dəqiqə mübarizə aparıb. Əsas vaxtın son dəqiqəsində Omeqa Mdaka ilə əvəzlənib.

“Stellenboş” yarımfinala yüksəlmək yolunda “Marumo Qallants”la münasibətlərinə aydınlıq gətirəcək. Oyunun keçirilmə tarixi və saatı qarşıdakı günlərdə açıqlanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti