
Niderlandda Erediviziyanın 8-ci turu keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün çıxış etdiyi “Volendam” səfərdə “Fortuna Sittard”a 0:1 hesabı ilə uduzub.
Kökcü 62-ci dəqiqədə - komandası hesabda geridə olarkən meydana daxil olub.
Hazırda “Volendam” 7 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.