“Vəziyyətimiz ağır idi, özümüz yığışdıq və danışdıq ki…” - VİDEO

10 Sentyabr 20:00 Bizimkilər 181
“Vəziyyətimiz ağır idi, özümüz yığışdıq və danışdıq ki…” - VİDEO

Azərbaycan yığmasının müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində Ukrayna 1:1-lik heç-heçədən sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “CBC Sport”a danışan futbolçu bu heç-heçəni qələbəyə bərabər adlandırıb:

“Çox yorğunuq. İslandiya səfərindən yorğun qayıtmışdıq və ağır məğlubiyyət alıb üzülmüşdük. Psixoloji baxımdan özümüzü ələ alıb Ukrayna ilə matça hazırlaşmalı idik.

Vəziyyətimiz ağır idi. Özümüz də uşaqlarla yığışdıq, danışdıq.

Ayxan Abbasova təşəkkür edirik ki, vəziyyəti düzəltmək üçün əlindən gələni etdi.

Mənim üçün asan tərəfi odur ki, Ayxan müəllimin rəhbərliyi altında oynamışam. Rəqibin güclü tərəflərini bilirdik və buna uyğun oynayıb nəticə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış