
Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev isefa verib.
Sportinfo.az xəbər verir ki, əslən azərbaycanlı olan mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində səfərdə Belçikaya 0:6 hesabı ilə uduzduqları oyundan sonra qərarını açıqlayıb:
"Baş verənlərin hamısı mənim günahımdır. Məsuliyyəti tam üzərimə götürürəm. Qazaxıstana qayıdan kimi federasiya prezidentini məlumatlandıracağam".
Əli Əliyev bu ilin yanvarında Stanislav Çerçesovu əvəzləyərək, Qazaxıstan millisinə baş məşqçi təyin edilmişdi.
Onun komandası J qrupundakı 5 matç keçirib, 4 məğlubiyyətlə üzləşib 1 qələbə qazanaraq 3 xalla 4-cü yeri tutur.