Azərbaycan yığmasının oyunçusu əsas komandadan uzaqlaşdırıldı

6 Sentyabr 2025 12:40 Bizimkilər 1 052
Azərbaycan yığmasının oyunçusu əsas komandadan uzaqlaşdırıldı

"Polessye”də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.

Sportinfo.az Sport.ua nəşrinə istinadən xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.

Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.

Emil Mustafayev bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.

"Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!