Üç klubumuz Çempionlar Liqasında - Rəqibləri kimlərdir?

2 Sentyabr 2025 17:20 Bizimkilər 610
Üç klubumuz Çempionlar Liqasında - Rəqibləri kimlərdir?

Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Birbaşa Bakı", "Zirə" və "AzNur"un da rəqibləri müəyyənləşib.

Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) ilə eyni qrupda yer alıb.

"Zirə" "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olub.

Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti