Baş katibin müavini UEFA proqramını Fərqlənmə Diplomu ilə bitirdi

03:50 Bizimkilər 94
Baş katibin müavini UEFA proqramını Fərqlənmə Diplomu ilə bitirdi

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Diploma in Football and Leadership Management” (DFLM) təhsil proqramını uğurla başa vurub.

Sportinfo.az xəbər verir ki, diplomun müdafiəsi zamanı mümkün olan maksimum balı toplayan E.Məmmədov qeyd olunmuş proqramı Fərqlənmə Diplomu (Diploma of Distinction) ilə bitirib.

Proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib.

Təqdimetmə mərasimi İsveçrənin Sierre şəhərində baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 20:00 Çək və bizə göndər!
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?