
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 7-ci turda "Qurnik"in qonağı olub.
Görüşün taleyini bir qol həll edib. Renatın komandası çətin səfər matçında 3 xal qazanıb. Dadaşov bu görüşün 65-ci dəqiqəsində meydana çıxmaq şansı qazanıb.
"Motor" 4 turdan sonra qalib gəlib. Lublin təmsilçisi keçirilən 6 oyundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.