
“Hazırda klubsuzam.
Düzünü desəm, karyeramı Azərbaycanda başa vurmaq istəyərdim.
Ora gəlməyə hazıram. Azərbaycan klublarınının təklifini dəyərləndirə bilərəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında İsveç millisinin sabiq üzvü Jiloan Hamad deyib.
Son olaraq, Honq Konqun “Lee Man” klubunda oynamış “bakılı” Premyer Liqamızda oynamaq gücündə olduğuna inandığın bildirib:
"Hazırda yaxşı formadayam və yaxşı klubda 1 mövsüm oynamaq əyləncəli olardı. Mən Azərbaycanda dünyaya gəlmişəm deyə, bu ölkə hər zaman xüsusidir.
Azərbaycandan təklif gələrsə, sevə-sevə bunu düşünüb, qərar verərəm. Əlbəttə ki, özümü bu gücdə hesab edirəm".
Hamad 1990-cı il noyabrın 6-da Bakıda dünyaya gəlib.
O, karyerası ərzində “Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standard”, “Hammarbü”, “İnçeon Yunayted”, “Qoritsa”, “Örebro”, “Əl-Xolod”, “Uthai Thani”, “Zaxo” klublarında oynayıb.
Berti Foqtsun zamanında Azərbaycan millisinə cəlb edilmək ehtimalı olmuş Hamad İsveç və İraq yığmalarında oynayıb.