Almaniya klubu azərbaycanlı hücumçunu cərimələdi

08:40 Bizimkilər 215
Almaniya klubu azərbaycanlı hücumçunu cərimələdi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu “Dinamo” tərəfindən cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Almaniya Kubokunun 1/32 final mərhələsində “Bohum”la ev oyununda qırmızı vərəqə almasıdır.

Berlində baş tutan və 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçın 103-cü dəqiqəsində Dadaşov rəqibin üzünə zərbə vurduğu üçün meydandan qovulub.

Komandası isə qalan dəqiqələrdə daha 2 qol buraxaraq, 1:3 hesabı ilə məğlub olub və ölkə kubokundan kənarlaşdırılıb.

Birbaşa qırmızı vərəqə millimizin keçmiş forvardının kubok yarışlarından 2 oyunluq diskvalifikasiyası ilə nəticələnib. Bununla yanaşı, klub rəhbərliyi də Dadaşova müəyyən məbləğdə cərimə kəsmək qərarına gəlib.

Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti