
"Kəpəz"dən ayrılan Elmir Tağıyevin yeni komandası məlum olub.
25 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşamağa qərar verib.
Belə ki, orta sahə oyunçusu Kosovodan "Drenika" ilə anlaşıb.
Futbolçumuz artıq adıçəkilən ölkəyə yollanıb və bir neçə gündür klubun məşqlərinə qoşulub.
Tağıyevin ölkəmizdə "Kəpəz"ə qədər "Səbail" və "Turan Tovuz" forması geyindiyini bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ