Klubsuz qalan Azərbaycan millisinin sabiq oyunçusu yeni təklif gözləyir

11:00 Bizimkilər 515
Klubsuz qalan Azərbaycan millisinin sabiq oyunçusu yeni təklif gözləyir

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun klubsuz günləri davam edir.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yeni təklif gözləyir.

Son mövsümü Regionalliqa komandası “Offenbax”da keçirən Nazarov 15 qol, 8 məhsuldar ötürməyə baxmayaraq, rəhbərlik onunla müqaviləni yeniləməyib.

Regionalliqanın bir neçə klubu oyunçuya maraq göstərir. Ötən mövsümdəki performansı diqqətçəkən olsa da, yaşı klubların tərəddüdünə səbəb olub.

Futbolçu özü hələ də oynamağa özündə güc hiss edir. Ancaq yaxın 1-2 ərzində istədiyi təklifi almasa, karyerasını başa vuracaq.

Dmitri Nazarov 2014-2022 illərdə Azərbaycan millisinin heyətində 46 oyunda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti