Renat Dadaşov uğursuzluq zolağında - Yenə uduzdular

09:00 Bizimkilər 119
Renat Dadaşov uğursuzluq zolağında - Yenə uduzdular

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 6-cı turda "Korona"nın qonağı olub.

Renatın ehtiyatda start verdiyi qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. "Motor" səfərdə 0:2 hesabı ilə uduzub.

Dadaşov görüşün 73-cü dəqiqəsində meydana çıxmaq şansı qazansa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Lublin təmsilçisi keçirdiyi 5 oyunda 5 xal qazanıb. İlk turda qalib gələn Renatın komandası son dörd matçda iki dəfə uduzub, iki dəfə heç-heçə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti