Sərtan oynadı, komandası səfərdə darmadağın oldu

08:40 Bizimkilər 130
Sərtan oynadı, komandası səfərdə darmadağın oldu

Türkiyə birinci liqasında üçüncü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi “Serik Spor” səfərdə “Erokspor”un qonağı olub.

Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sərtan da komandasının darmadağın olduğu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 46-cı dəqiqədə Gökhan Karadenizin əvəzinə meydana daxil olub.

3 turdan sonra 4 xalı olan “Serik Spor” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti