
“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub.
Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”.
Bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağı haqda sualı cavablandırarkən deyib.
Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq:
“Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, “insana toxunmağı” tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq – Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”.