Elçin də pley-off oyununa təyinat aldı

20 Avqust 2025 03:20 Bizimkilər 717
Elçin də pley-off oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə təyinat alıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Sloveniya təmsilçisi “Çelye” ilə Çexiyanın “Banik” klubu arasında keçiriləcək ilk oyunu idarə edəcək.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirəcək.

Avqustun 21-də Sloveniyada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycanın başqa bir FİFA referisi Əliyar Ağayev isə UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçını idarə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM