Azərbaycanlı futbolçu Avropa klubunda debüt etdi - VİDEO

03:10 Bizimkilər 89
Azərbaycanlı futbolçu Avropa klubunda debüt etdi - VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə "Varajdin" komandasının heyətində Xorvatiya Milli Liqasında debüt edib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı sağ cinah yarımmüdafiəçisi III turun "Osiyek"ə qarşı ev matçında meydana çıxıb.

O, 64-cü dəqiqədə oyuna daxil olub. Görüş heç-heçə ilə yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Varajdin" və "Osiyek" hərəyə 2 xalla 10 komanda arasında 8-9-cu yerləri bölüşürlər.

Rüfət Abdullazadə ötən mövsümü "Səbail"də keçirib.

O, "Varajdin"lə iyulun 22-də 3 illik müqavilə bağlasa da, Portuqaliya "Santa Klara"sına qarşı (1:2, 0:2) Konfrans Liqasının I təsnifat mərhələsinin oyunlarında və Xorvatiya çempionatının ilk 2 turunda çıxış etməyib.

Xəbər Lenti
19 Avqust 17:30 Çək və bizə göndər!
19 Avqust 08:20 Gözel Budapeştə getdi