Azərbaycan yığmasının hücumçusu qiymətsiz qaldı

20 Avqust 2025 03:40 Bizimkilər 832
Azərbaycan yığmasının hücumçusu qiymətsiz qaldı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor”un futbolçularının Polşa çempionatının 4-cü turunda “Lexiya” ilə oyundakı performansı qiymətləndirilib.

Sportinfo.az xəbər verir ki, yalnız 2 oyunçu qiymətsiz qalıb ki, onlardan biri də məhz Dadaşov olub.

O və komanda yoldaşı Pavel Stolarski görüşün yalnız son 10 dəqiqəsində meydanda olduğundan, hər ikisinin çıxışı qiymətləndirilməyib.

Əvəzində sabiq “Neftçi”li olan qapıçı İvan Brkiç, həmçinin yarımmüdafiəçi İvo Rodriges və hücumçu Karol Şubak ən yüksək qiymətə – 5 bala layiq görülüblər.

“Lexiya” – “Motor” oyunu 3:3 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM