COP29

Coşqun “qırmızı” aldı, “Bandırma” qələbə qazandı

8 Dekabr 2024 02:50 Bizimkilər 526
Coşqun “qırmızı” aldı, “Bandırma” qələbə qazandı

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında qırmızı vərəqə ilə cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, o, "Bandırmaspor"un "İğdır"la görüşündə komandasını azlıqda qoyub.

15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalıb.

Digər Xəbərlər
Xəbər Lenti