Mahir qol vurmadı, “sarı” aldı, “Nürnberq” uduzdu

7 Dekabr 2024 02:10 Bizimkilər 844
Mahir qol vurmadı, “sarı” aldı, “Nürnberq” uduzdu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 15-ci turda "Elfersberq"in qonağı olub.

Emreli əvvəlki oyunlarda olduğu kimi, əsas heyətdə yer alıb və sonadək oynayıb. 52-ci dəqiqədə Emreli sarı vərəqə ilə cəzalandırılıb. Bu, onun 2-ci bundesliqada bu mövsüm 2-ci "sarı"sıdır.

Oyun isə 2:1 hesabı ilə meydan sahiblərinin qəkəbəsi ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə "Nürnberq" açsa da (Kastrop, 14-cü dəq), sonradan "Elfersberq" 2 qol vura bilib (Simmerşid, 44, Damar, 53).

"Nürnberq" hazırda 19 xalla 12-ci yerdədir. "Elfersberq" isə 25 xalla 2-cı pilləyə yüksəlib (bu saata olan nəticəyə görə)..

M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qolun ötürməsini edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti