“Boluspor”: Vüsal sona kimi ehtiyatda qaldı - Sakaryadan VİDEO

4 Dekabr 2024 05:00 Bizimkilər 427
“Boluspor”: Vüsal sona kimi ehtiyatda qaldı - Sakaryadan VİDEO

Türkiyə birinci liqasında 14-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” səfərdə “Sakaryaspor”un qonağı olub.

Görüş “Sakaryaspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

V.İsgəndərli bu matçın iştirakçısı olmayıb. O, sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 21 xalda qalan “Boluspor” 7-ci pillədə qərarlaşıb. “Sakaryaspor” isə 17 xalla 20 komanda arasında 18-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"