Millimizin legioneri "Panatinaikos"a qarşı oynadı

30 Noyabr 2024 03:20 Bizimkilər 739
Millimizin legioneri "Panatinaikos"a qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Helsinki” (Finlandiya) Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunun matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Finlandiya çempionu səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb.

Kökçünün komandası 0:1 uduzub. Oyuna start heyətində çıxan millimizin üzvü 68-ci dəqiqədə əvəzlənib. “Helsinki” 3 xalla 31-ci pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti