Elçin Belçikaya yol alacaq

27 Noyabr 2024 03:30 Bizimkilər 516
Elçin Belçikaya yol alacaq

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli "Serkl Brügge” və Şotlandiya "Harts”ı arasında keçiriləcək IV turun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən "Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti