Türkiyə klubunda ən çox güvənilən legioner - Namiq Ələskərov

25 Fevral 2022 13:40 Bizimkilər 821
Türkiyə klubunda ən çox güvənilən legioner - Namiq Ələskərov

“Bursaspor”da mövsümün geridə qalan hissəsinin ən stabil oyunçuları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, TFF I Liqa təmsilçisində ən çox güvənilən legioner Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərovdur.

Bursa klubu cari mövsüm 4 fərqli məşqçinin rəhbərliyi altında çıxış etsə də, onların ən çox güvəndiyi sima ötən ilin yayında “Neftçi”dən alınan Ələskərov olub.

27 yaşlı forvard 24 matçı geridə qoyan “timsah”ın heyətində ümumilikdə 1726 dəqiqə meydanda qalıb. Onu müvafiq olaraq Luka Kapan (1484), Massimo Bruno (1450) və Nikolas Zalazar (1245) izləyib.

“Bursaspor” hazırda 24 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!