Avstriya klubundan azərbaycanlı futbolçuya RƏSMİ TƏKLİF gəldi

24 Fevral 2022 16:40 Bizimkilər 1 758
Avstriya klubundan azərbaycanlı futbolçuya RƏSMİ TƏKLİF gəldi

Amit Quluzadənin ardınca daha bir futbolçumuz karyerasını Avstriyada davam etdirə bilər.

“Bişofshofen” Nazim Bağırova rəsmi təklif göndərib.

Hazırda Polşada yerli klublarla danışıq aparıb, İspaniya “Talavera de la Reyna”sından cavab gözləyən 22 yaşlı yarımmüdafiəçiyə dünən Avstriya klubu təklif göndərib.

“Bişofshofen”in təklifi kifayət qədər cəlbedicidir. Məlumatın dəqiqliyini futbolçunun agenti İlkin Əliyev saytımıza açıqlamasında təsdiqləyib.
Avstriyalılar təklifi göndərib,

Nazimin cavabını gözləyir. Futbolçu agenti ilə məsləhətləşəndən sonra qarşı tərəfə cavab göndərəcək. Çox güman, Bağırov karyerasını Amitlə eyni ölkədə davam etdirəcək.

1935-ci ildə yaradılmış “Bişofshofen” Avstriyanın Reginal Liqasında mübarizə aparır. Şəhərin eyniadlı təmsilçisi 18 oyundan sonra topladığı 21 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.

“Ağ-mavilər”in əsas qapıçısı vaxtilə “Simurq”un “çərçivəsi”ni qorumuş 39 yaşlı Pavel Kapsadır.

Nazim Bağırov “Bakı”nın yetirməsi olsa da, ötən mövsümü “Neftçi-2”də keçirib, bu komanda ilə Birinci Divizionun qalibi olub.

Yayda Gürcüstan “Şevardeni”si ilə müqavilə bağlayaraq dekabra qədər bu komandada 4 oyun keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!