"Mahir rəqabətə hazır deyil”

24 Fevral 2022 13:40 Bizimkilər 1 036
"Mahir rəqabətə hazır deyil”

“Mahir uzun müddətdən sonra məşq etmədən gəldi, bizə gec qoşuldu”.

Sportinfo.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının 1/16 final mərhələsinin “Sevilya”ya qarşı keçiriləcək cavab oyunu öncəsi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumu barədə danışarkən deyib.

Bəzi futbolçuların hazırkı durumu barədə məlumat verən çalışdırıcı Emrelinin hələ də tam hazır olmadığını söyləyib:

“Onu məşqlərə cəlb etdik, Sevilyadakı oyuna apardıq, ancaq rəqabət aparmaq üçün formada olmadığı görüldü.

Bir futbolçunun oyunlarda iştirak etməklə forma yığması ideal deyil. Ancaq ümid edirəm ki, Mahir tezliklə meydanda bizə nəsə qazandırmağı bacaracaq”.

Bu gün keçiriləcək “Dinamo” – “Sevilya” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Mahir Emrelinin sonradan meydana girərək debüt etdiyi Sevilyadakı ilk görüşdə xorvatiyalılar 1:3 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!