"Mahir formada deyil, məşq etməyib, gec gəlib"

23 Fevral 2022 20:20 Bizimkilər 980
"Mahir formada deyil, məşq etməyib, gec gəlib"

"Sevilya" ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü".

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç Xorvatiyada İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb:

"Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq.

Mahir uzun müddət məşq etmədən gəldi və bizə gec qoşuldu. Məşqdə onu “Sevilya” ilə oyun üçün hazırladıq.

Rəqabətədavamlı futbolçudur. Bir futbolçunun tam formaya düşməsi asan deyil. Ümid edirəm ki, bizə tezliklə tam gücü ilə kömək edəcək”.

Fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!