Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su növbəti oyununu keçirib.
Zaqreb təmsilçisi Xorvatiya çempionatının XXIV turunda “Lokomotiva” ilə görüşüb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahir sonadək şans qazanmayıb. Bu görüşdə onun komandası xal itkisi ilə üzləşib – 0:0.
23 turda 50 xal toplayan “Dinamo” çempionatın lideridir.
Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç matçdan sonra Azərbaycan millisinin üzvü ilə söhbət edib. O, 25 yaşlı forvarda ruhdan düşməməyi və növbəti matçlara hazırlaşmağı tapşırıb.
Mütəxəssis rəqibə uyğun taktika seçdiyini və risk etmək istəmədiyini deyərək, onu ehtiyatda saxlamasının səbəbini bununla əsaslandırıb.
Kopiç həmçinin Mahirin diqqətinə çatdırıb ki, əsas heyətə düşmək üçün fiziki hazırlığına daha çox önəm verməlidir.
SPORTİNFO.AZ

