"Beşiktaş"dan ayrıldı, "Neftçi" ilə "Qarabağ"a xəbər göndərdi

22 Fevral 2022 02:20 Bizimkilər 2 096
"Beşiktaş"dan ayrıldı, "Neftçi" ilə "Qarabağ"a xəbər göndərdi

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının üzvü Yusuf Oral yetirməsi olduğu “Beşiktaş”dan ayrılaraq “Kuşadasıspor”a keçib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a müsahibə verən gənc futbolçu məqsədlərindən danışıb.

- "Beşiktaş"dan "Kuşadasıspor"a transfer oldun. Transferin necə həyata keçdi?
- Seçimimə belə açıqlama gətirə bilərəm ki, “Beşiktaş”da qalaraq U-19 liqasında oynamaqdansa, peşəkar liqada oynamaq istəyirdim. Ona görə də bu cür qərar verdim.

- "Beşiktaş"da qala bilməzdin? A komandasında oynamaq şansın yox idi?
- Əlbəttə ki, "Beşiktaş"da qala bilərdim. A komandasında oynamaq isə indi çox çətin idi.

- Azərbaycan klublarından necə, heç təklif almamışdın?
- Xeyr, Azərbaycanın heç bir klubundan təklif almamışdım.

- Azərbaycanda “Neftçi” və “Qarabağ” klublarından birində oynamağı necə, heç fikirləşmisən?
- “Neftçi” də, “Qarabağ” da böyük klublardı. İnşallah, ümidvaram ki, bu klublardan birində oynamaq mənə qismət olar. Bu klublardan birində oynamaq istəyərm. İndi bütün fikrimi “Kuşadasıspor”a yönəltmişəm.

- Türkiyə üçüncü liqasında oynayaraq Azərbaycanın U-19 və U-21 yığma komandalarına dəvət almağın çətin olmayacaq?
- “Kuaşadasıspor”da oynamaq “Beşiktaş” U-19 komandasında oynamaqdan daha çətindi. Yəni, artıq peşəkar liqada oynayacağam. Sağolsunlar, Azərbaycandan da təbrik edənlər də oldu.

- Azərbaycan A millisində oynamaq haqda xəyal edirsən?
- Əlbəttə, gələcək illərdə Azərbaycanın əsas millisində oynamaq istəyərəm. Görək də necə olacaq. Zaman hər şeyi göstərəcək.

- Emre Kaplan Azərbaycan U-21 yığmasında oynadığı dövrdə Türkiyə U-21 yığmasından təklif aldığına görə ölkəsinə yollandı. Mert Çelik də Azərbaycanın əsas millisində çıxış edir. Sən özün necə, gələcəkdə karyeranda yüksəliş gedərsə, seçimini hansı yığmadan yana edəcəksən?
- Azərbaycan və Türkiyə arasında heç bir fərq görmürəm. Hər ikisi mənim üçün əzizdi. Mert Çelike gəlincə, haqqında xeyirlisi olsun. Onunla da qürur duyuruq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!