“Emil Balayevin bura gələ biləcəyini eşitmişəm, mətbuat da yazıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Qazaxıstanda işə başlayan Vaqif Cavadov deyib.
Yaxınlarda “Turan”da Vladimir Qazzayevin köməkçisi təyin edilən gənc məşqçi “Qarabağ”ın qapıçısı Emil Balayevin mümkün transferi barədə danışıb.
Sitat: “Bildiyimə görə, “Turan” onu daha əvvəldən istəyir. Yəmi, mən bura gələnə kimi bu söhbət artıq var idi.
Emilin “Qarabağ” la müqaviləsi olmalıdır. Açığı, danışıqların gedişi ilə yaxından maraqlanmamışam.
Amma eşidirəm ki, mətbuat Balayevin transferinə mənim vasitəçilik etdiyimi yazır. Bu, qətiyyən belə deyil.
Balayevi yaxşı tanıyıram, gəlişinə sevinərəm. Ancaq yalandan deyə bilmərəm ki, bu iş mənlikdir”.

